Ember Herd Maski deyil, Conni Depi sevdiyini etiraf edib - FOTO

Ember Herd Maski deyil, Conni Depi sevdiyini etiraf edib - FOTO

Ember Herd Maski deyil, Conni Depi sevdiyini etiraf edib - FOTO

58 yaşlı Conni Depp və Ember Herd arasında məhkəmə iclası davam edir. Bu dəfə aktyorun keçmiş agenti Kristian Karino məhkəməyə onunla Ember Herd arasında yazışmalar barədə danışıb. Agentin sözlərinə görə, aktrisa İlon Maskdan ayrıldıqdan dərhal sonra ona yazmağa başlayıb.

Kristian təsdiqləyib ki, Herd Deppdən boşanan ərəfədə “Space X” qurucusu ilə görüşüb. Ancaq 2017-ci ilion avqust ayında onlar ayrılıblar.

“O, mənə yazdı ki, ayrılığa görə çox kədərlənir. Miss Herdin Maska aşiq olmadığını bilirdim, bunu ona dedim. O cavab verdi ki, Connidən boşandıqdan sonra özünə gəlməli idi. Ember Maskla macərası barədə mətbuatda yazılanlardan xoşlanmırdı. Mən də dedim ki bunun üçün o, məşhur insanlarla görüşməkdən qaçmalıdır”, - deyə Karino xatırlayıb.

Kristian həmçinin boşandıqdan sonra da Herdin Depə olan hisslərinin qaldığını təsdiqləyib. O, əmin olduğunu bildirib ki, ulduz Maskla görüşməsinə baxmayaraq, aktyorla barışmaq istəyirdi.

“O, məndən Conniyə hələ də onu sevdiyini və danışmaq üçün görüşmək istədiyini söyləməyimi istədi. Məhkəmə qadağasına baxmayaraq, onlar San-Fransiskoda cənab Deppin dostunun evində görüşdülər. Orada bir neçə saat danışdılar, sonra söhbəti davam etdirmək üçün hoteldə otaq kiralədilər. Amma hoteldə mübahisə etməyə başladılar”, - deyə Kristian bildirib.

2017-ci ildə bir yazışma zamanı Herd Karinodan Deppə ismarışını çatdırmasını istəyib. “Nəhayət, mən təkəm. Ürəyimdə və düşüncəmdə hər şey təmizdir. Mən sadəcə onu sevdiyimi bilməsini istəyirəm”, – deyə Ember yazıb. Herd həmçinin Karinoya Depp üçün hələ də darıxdığını etiraf edib.

Mənbə: Cosmopolitan